FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Qafar Ağayev14:10 - 25 / 09 / 2023
FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla beş nəfər xilas edilib.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər