Mikayıl Cabbarov: “Millimiz dünya çempionatında tarixi uğura imza atıb”
“Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb”.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter səhifəsində paylaşım edib.
Qurum rəhbəri komanda hesabında dünya çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının uğurunu xüsusi vurğulayıb: “Yunan-Roma güləşi üzrə 2 qızıl və 3 gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”.
Qeyd edək ki, mundialda Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medala yiyələniblər.