Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başladıb
Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başladıb.
1news.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini Elmar Camalov sentyabrın 25-də Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlər arasında Ermənistan və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması önəmli rol oynayır.
E.Camalov vurğulayıb ki, bu məsələ barədə tədqiqat aparmış bir sıra araşdırmaçılar sübutların toplanması məqsədilə cinayət təqibi prosesinə mütəxəssis qismində cəlb olunub. Tarixçi və dilçi alimlər dindirilib, çoxsaylı kitablar və tarixi sənədlər əldə edilməklə iş materiallarına əlavə edilib və bu kimi digər zəruri prosessual tədbirlər icra olunub.