Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub

15:48 - 26 / 09 / 2023
Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub

Sədərək rayonunda məktəblini avtomobil vurub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Avtomobil məktəbin qarşısından yolu keçən 2016-cı il təvəllüdlü Əliyeva Sevgi Həsən qızını vurub.

Xəsarət alan azyaşlı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan S.Əliyevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər