Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 23:45 qatarının qrafiki dəyişdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 23:45 qatarının qrafiki dəyişdirilir

Qafar Ağayev12:56 - 26 / 09 / 2023
Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 23:45 qatarının qrafiki dəyişdirilir

Payız-qış mövsümü ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 23:45 qatarının qrafiki dəyişdirilir.

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən 1news.az-a verilən məlumata görə, sərnişinlərin xahişini nəzərə alaraq həmin sürət elektrik qatarı oktyabrın 1-dən etibarən Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq.

Bu dəyişiklik həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər