Bu gün Azərbaycanda Anım Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda Anım Günüdür

Qafar Ağayev09:07 - 27 / 09 / 2023
Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün, sentyabrın 27-də Vətən müharibəsinin başlamasından 3 il keçir.

1news.az xəbər verir ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı.

Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər