Şəkildə oğul ata və anasına xəsarətlər yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkildə oğul ata və anasına xəsarətlər yetirib

09:44 - 27 / 09 / 2023
Şəkildə oğul ata və anasına xəsarətlər yetirib

Sentyabrın 26-sı saat 23:45 radələrində Şəki rayonunun Cəfərabad kənd sakinləri, 1954-cü il təvəllüdlü Səfər Əhmədov və arvadı, 1959-cu il təvəllüdlü Gülşən Əhmədovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı, 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
204

Son xəbərlər

Bütün xəbərlər