Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTO

12:27 - 27 / 09 / 2023
Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTO

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, nəqliyyat vasitələri və heyət Ağdamdan Xankəndi şəhərinə doğru hərəkət edib.

Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili heyəti və zəruri avadanlıqlarla yola düşəcək.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün sentyabrın 26-da əraziyə Azərbaycan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Paylaş:
227

Son xəbərlər

Bütün xəbərlər