Vardanyanı hansı cəza gözləyir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Vardanyanı hansı cəza gözləyir?

Aynurə Xudaverdiyeva14:45 - 28 / 09 / 2023
Vardanyanı hansı cəza gözləyir?

“Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, R.Vardanyana qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Vardanyanı hansı cəza gözləyir?

- 214.1 (terrorçuluğu maliyyələşdirmə)- bu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

- 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə)- bu maddə ilə ittiham edilən şəxs 12 ildən 20 ilə və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) - maddənin sankiya həddi isə üç yüz manatdan 500 manata kimi cərimə və ya 2 ilə kimi azadlıqdan məhrum etməyə qədərdir.

Qeyd edək ki, ibtidai istintaqın sonunda təqsirləndirilən şəxsə yekun ittiham elan ediləcək.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər