Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyanda dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyanda dəfn edilib - YENİLƏNİB

15:31 - 28 / 09 / 2023
Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyanda dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi torpağa tapşırılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi Salyan rayonunun Qarabağlı kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Salyan rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

10:17

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib.

1news.az “Report”a istinadən xəbər verir ki, şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Hacıyev Təhsin Fikran oğlu 1973-cü il aprelin 24-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin T.Hacıyevə məxsus olduğu təsdiqlənib.

Paylaş:
452

Son xəbərlər

Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Şuşada mina partlayıb, bir nəfər xəsarət alıbBu gün, 12:18Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıbBu gün, 10:36Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydıBu gün, 10:24DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:17İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib - FOTOBu gün, 10:17Mənzilləri qısa müddətdə satılan “Avant Park”ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNABu gün, 10:07
Bütün xəbərlər

Next TV