FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər - FOTO

11:18 - 28 / 09 / 2023
FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər - FOTO

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, ötən gün axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti hadisə yerinə yola salınıb.

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər