Komissiya sədri: Söyüdlüdə yerüstü sulardan götürülən nümunələrdə ağır metallar normadan yüksəkdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Komissiya sədri: Söyüdlüdə yerüstü sulardan götürülən nümunələrdə ağır metallar normadan yüksəkdir

Aynurə Xudaverdiyeva12:31 - 28 / 09 / 2023
Komissiya sədri: Söyüdlüdə yerüstü sulardan götürülən nümunələrdə ağır metallar normadan yüksəkdir

Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan nümunələr götürülüb və müəyyən edilib ki, codluq və bulanıqlılıq, həmçinin ağır metallar normadan yüksəkdir.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.

O bildirib ki, bir nöqtədə sionidin miqdarı 0,013 müəyyən edilib. Əslində isə norma 0,005 olmalıdır.

"Həmçinin 32 nöqtədə torpaqdan nümunələr götürülüb. Bütün göstəricilər norma daxilində olub, lakin ağır metallar yüksək göstəricilərlə xarakterizə olunub. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb".

Nazir qeyd edib ki, "Micon" şirkətinin apardığı monitorinqlərin yekunlarına dair həm şirkətə tövsiyə xarakterli sənəd hazırlanıb, həm də dövlət qurumları üçün nəzarət tədbirlərinin görülməsi və problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr təqdim edilib.

Paylaş:
186

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər