15-ci Beynəlxalq Daşkənd Film Festivalı ilə bağlı brifinq keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

15-ci Beynəlxalq Daşkənd Film Festivalı ilə bağlı brifinq keçirildi - FOTO

Qafar Ağayev13:41 - 29 / 09 / 2023
15-ci Beynəlxalq Daşkənd Film Festivalı ilə bağlı brifinq keçirildi - FOTO

Bu gündən Özbəkistanın paytaxtı Daşkənddə 40-a yaxın ölkənin iştirakı ilə dünyanın ən köklü film festivallarından biri olan 15-ci Beynəlxalq Daşkənd Film Festivalı başlayır.

1news.az-ın əməkdaşının da iştirak etdiyi festival çərçivəsində brifinq keçirilib.

Brifinqdə son dövrlər Özbəkistanda çəkilən filmlər nümayiş etdirilib.

Brifinqdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
1970-ci illərə təsadüf edən və dünya kino ictimaiyyətinin ən möhtəşəm film festivallarından biri hesab edilən Daşkənd Film Festivalı bu il 29 sentyabr-2 oktyabr arasında keçiriləcək. Açılış mərasimi 29 sentyabrda Özbəkistanın paytaxtı Daşkənddə olan film festivalının bağlanış mərasimi 2 oktyabrda Özbəkistanın qədim şəhəri olan Səmərqənddə olacaq.

Qeyd edək ki, 1970-ci illərə təsadüf edən və dünya kino ictimaiyyətinin ən möhtəşəm film festivallarından biri hesab edilən Daşkənd Film Festivalı bu il 29 sentyabr-2 oktyabr arasında keçiriləcək. Açılış mərasimi 29 sentyabrda Özbəkistanın paytaxtı Daşkənddə olan film festivalının bağlanış mərasimi 2 oktyabrda Özbəkistanın qədim şəhəri olan Səmərqənddə olacaq.

Qafar Ağayev - Özbəkistan, Daşkənd

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər