Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO

Qafar Ağayev18:24 - 30 / 09 / 2023
Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO

Ötən gün , sentyabrın 29-da Əlişir Nəvai adına Kino Evində “İpək yolu incisi” 15-ci Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

1news.az-ın Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir ki, Açılış mərasimindən əvvəl dünyanın və Özbəkistanın məşhur kino ulduzları xüsusi təşkil olunmuş qırmızı xalçadan keçiblər. Tədbirdə 300-ə yaxın kino xadimi, aktyor və aktrisalar, rejissor və operatorlar, prodüserlər və kinoşünaslar, kinoşünaslar iştirak edib.

Mərasimdə özbək tamaşaçılarına “Taksi” filmindəki rolu ilə tanınan məşhur fransız aktyoru Frederik Diefental da qatılıb. Əndican mahnısının sədaları altında rəqs etdi. Türkiyənin məşhur müğənnisi Ayla Çelikin ifa etdiyi tədbirdə konsert proqramı da təşkil olunub.

Tədbirdə Milli Film Müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb. Belə ki, sözlərinə görə, Haşım Arslanov “Ən yaxşı kişi rolu” nominasiyasında “Uçuş 101” filmindəki roluna görə qalib seçilib. “Ən yaxşı qadın rolu” nominasiyasında “Qadın qjsməti” filmindəki roluna görə Rəna Şodiyeva qalib olub. Həmçinin Əli Həmroyev “Səmərqənddə qovun təzəliyi” filmi ilə “Ən yaxşı rejissor” mükafatını qazanıb. Kəmarə Kamalovanın “Kim deyəy səni” (Sənə kim deyək?) filmi “Ən yaxşı film” mükafatına layiq görülüb.

Açılış mərasimindən sonra Kann Beynəlxalq Film Festivalında “Qızıl Palma budağı” mükafatını qazanan fransız rejissor Castin Trietin “Payızın anatomiyası” filmi nümayiş etdirilib.

Xatırladırıq ki, 29 sentyabrda açılış mərasimi olan Daşkənd Beynəlxalq Film Festivalının bağlanış mərasimi oktyabrın 2-də Səmərqənd şəhərində olacaq. Festival tədbirlərinə tanınmış və istedadlı kinorejissorların iştirakı ilə ustad dərsləri, populyar filmlərin nümayişi, müsabiqə proqramları və s. daxildir.

Paylaş:
300

Son xəbərlər

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

01 / 12 / 2023, 19:41
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib01 / 12 / 2023, 16:53İcma: “Avropa İttifaqının Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir”01 / 12 / 2023, 16:16Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşüb01 / 12 / 2023, 16:061800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub01 / 12 / 2023, 15:52Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılır01 / 12 / 2023, 15:28Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb01 / 12 / 2023, 15:06Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası01 / 12 / 2023, 14:38Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu01 / 12 / 2023, 14:30İRİA “Digital Azerbaijan” brendini təqdim edib01 / 12 / 2023, 14:27Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxub01 / 12 / 2023, 14:12Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb01 / 12 / 2023, 14:07QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”01 / 12 / 2023, 13:55Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub01 / 12 / 2023, 13:46“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi - FOTO01 / 12 / 2023, 13:33Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - VİDEO - YENİLƏNİB 101 / 12 / 2023, 13:19DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edib01 / 12 / 2023, 13:12İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib01 / 12 / 2023, 13:03AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEO01 / 12 / 2023, 12:50DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı01 / 12 / 2023, 12:44
Bütün xəbərlər

Next TV