Şərafət Həsənov: “Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”

"Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".
1news.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.
"Dövlət Təhlükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eyniləşməsini həyata keçirmişik. Proses hələ də davam edir", - o qeyd edib.
363