Azad olunmuş ərazilərdə ötən ay 689 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərdə ötən ay 689 mina aşkarlanıb

16:25 - 02 / 10 / 2023
Azad olunmuş ərazilərdə ötən ay 689 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aylıq görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə,sentyabrın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 4550.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər