“Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda konfrans keçirilib- VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda konfrans keçirilib- VİDEO

09:59 - 02 / 10 / 2023
“Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda konfrans keçirilib- VİDEO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvanda "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransda millət vəkilləri, Naxçıvan Ali Məclisinin, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Türkiyə Respublikasının tanınmış mütəxəssisləri iştirak edib.

Tədbir iştirakçıları əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi insanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib və iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə, siyasi formasiyaların dəyişdiyi bir mərhələdə xilaskarlıq missiyasını öz üzərinə götürərək ölkəmizin müsətqilliyini təmin etdi və onu beynəlxalq birliyin etibarlı üzvlərindən birinə çevirdi. Qeyd olunub ki, gömrük orqanları Ulu öndərin100 illiyi münasibətilə bir sıra sosial, mədəni kütləvi tədbirlər keçirir və Naxçıvanda baş tutan bu elmi konfrans da tibb sahəsində faydalı müzakirələrin, fikir mübadiləsinin aparılmasına şərait yaradacaq.
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəsinin sədri Hicran Hüseynova, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri Ləman İbrahimova, Naxçıvan Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova Ümummili Lider Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib, həmçinin konfransın əhəmiyyətini xüsusi vurğulayıblar.
Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” olduğunu qeyd edərək, bu dahi şəxsiyyətin müstəqil Azərbaycanın inkişaf və tərəqqisindəki rolundan danışıb. Onun iqtisadi, sosial sahələrdə, o cümlədən səhiyyədə qazanılmış nailiyyətlərdə əvəzsiz xidmətlərini vurğulayıb. Ulu öndərin adı ilə bağlı bu konfransın da məhz Naxçıvanda, onun vətənində keçirilməsinin xüsusilə əlamətdar olduğunu bildirib.
Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının fəaliyyəti haqqında məlumat verərək, onun Azərbaycanın ən qabaqcıl və müasir tibb müəssisələrindən biri, aparıcı klinik, elmi və maarifləndirici mərkəz olduğunu, eləcədə də müasir təbabətin digər istiqamətləri ilə yanaşı ürək-damar cərrahiyyəsi və invaziv kardiologiya sahəsində ən mürəkkəb cərrahi əməliyyatlar icra edildiyini qeyd edib.
Mərkəzi Gömrük Hospitalının kardiologiya sahəsində zəngin təcrübəsinin Naxçıvanlı həmkarlarla bu konfransda paylaşmağın sevindirici hal olduğunu qeyd edən C.Məmmədov konfransın məqsədinin təcrübə mübadiləsi aparmaq, klinik praktikada tətbiq olunan ən son diaqnostik və müalicə metodları haqqında məlumatları bölüşmək olduğunu deyib.
Konfransda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş etdirilib.
Daha sonra konfransın elmi hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, əməkdar həkim Rəşad Mahmudov, Ege Universitetinin Tibb fakultəsinin Kardiovaskulyar cərrahiyyə şöbəsinin ürək-damar cərrahı, professor Çağatay Engin, Medicana İnternational İzmir Xəstəxanasının ürək-damar cərrahı, professor Dr. Suat Büket, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, uzman invaziv kardioloq İlqar Tahiroğlu, KVC şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyev və digər mütəxəssislər təqdimatlarla çıxış ediblər.
Həkim, rezident və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan konfransda kardiologiya və kardiovaskulyar cərrahiyyədə müasir trendlər, o cümlədən mövzu ilə bağlı yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar nümayiş olunub və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Paylaş:
320

Son xəbərlər

Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMANBu gün, 14:53Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər - SİYAHIBu gün, 14:38Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 14:34Leysan yağacaq - HAVA PROQNOZUBu gün, 13:19Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıbBu gün, 13:16Bu ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 12:51Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaqBu gün, 12:42Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıbBu gün, 12:21Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıbBu gün, 11:57FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:32İlham Əliyev Tailand Kralını təbrik edibBu gün, 11:12Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 10:52Prezident: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyirBu gün, 10:41Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıbBu gün, 10:21Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 10:12Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHIBu gün, 09:55İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edibBu gün, 09:53Azərbaycan neftinin bahalaşması davam edirBu gün, 09:36Gəncədə taksi sürücüsü bıçaqlanıbBu gün, 09:23Daha bir piyada keçidinin inşası yekunlaşdırılıbBu gün, 09:09
Bütün xəbərlər