Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

11:07 - 02 / 10 / 2023
Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini Zeynalabidin Məlikzadə saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, o, avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.

Daha sonra isə ona zəng edən şəxslərlə satış qiyməti barədə razılığa gəldikdən sonra avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, zərərçəkmişlərə özünə məxsus bank hesab nömrəsini tədqim edib. Beh aldıqdan sonra Z.Məlikzadə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.

Ümumilikdə 10-dan çox vətəndaşı eyni üsulla aldadaraq zərərçəkənlərin 20 min manata yaxın pulunu ələ keçirən şəxs sonuncu dəfə törətdiyi əmələ görə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı Z.Məlikzadə barəsində Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları onun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.

Paylaş:
111

Son xəbərlər

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

01 / 12 / 2023, 19:41
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib01 / 12 / 2023, 16:53İcma: “Avropa İttifaqının Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir”01 / 12 / 2023, 16:16Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşüb01 / 12 / 2023, 16:061800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub01 / 12 / 2023, 15:52Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılır01 / 12 / 2023, 15:28Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb01 / 12 / 2023, 15:06Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası01 / 12 / 2023, 14:38Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu01 / 12 / 2023, 14:30İRİA “Digital Azerbaijan” brendini təqdim edib01 / 12 / 2023, 14:27Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxub01 / 12 / 2023, 14:12Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb01 / 12 / 2023, 14:07QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”01 / 12 / 2023, 13:55Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub01 / 12 / 2023, 13:46“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi - FOTO01 / 12 / 2023, 13:33Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - VİDEO - YENİLƏNİB 101 / 12 / 2023, 13:19DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edib01 / 12 / 2023, 13:12İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib01 / 12 / 2023, 13:03AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEO01 / 12 / 2023, 12:50DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı01 / 12 / 2023, 12:44
Bütün xəbərlər

Next TV