Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

12:21 - 02 / 10 / 2023
Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.

Bu barədə 1news.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda həmin bölgədə "AzStateNet" şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir.

Qeyd olunub ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, dövlət orqanlarını fasiləsiz və təhlükəsiz xüsusi təyinatlı rabitə ilə təmin olunmasını davam etdirir.

Xatırladaq ki, XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

Paylaş:
110

Son xəbərlər

Dönərxanada qaz sızmasından partlayış olubBu gün, 14:59ANAMA mina hadisələri ilə bağlı çağırış edibBu gün, 14:35Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”Bu gün, 14:14Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİBBu gün, 14:11YAP fəalları ilə görüş keçirilmişdir - FOTOBu gün, 14:02Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 13:46Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03
Bütün xəbərlər

Next TV