Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycanın Polşadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər.
Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) və Vüsal Bayramovdan (nağara) ibarət olan muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.
Azərbaycan bəstəkar və xalq mahnılarının, eləcə də muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.
596