KİV: Xələf Xələfov İrana gedir | 1news.az | Xəbərlər
Cəmiyyət

KİV: Xələf Xələfov İrana gedir

12:42 - 03 / 10 / 2023
KİV: Xələf Xələfov İrana gedir

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün axşam Tehrana səfər edəcək.

1news.az APA-ya istinadla xəbər verir ki, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək. Xələf Xələfovun konkret olaraq kimlərlə görüş keçirəcəyinə dair məlumat verilməyib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, artıq İran XİN rəhbəri, Prezident İbrahim Rəisi və digər şəxslərlə görüşüb.

Qeyd edək ki, bu haqda ilk məlumatı İran mətbuatı yayıb.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər