Bakı metrosu ötən ay 18 milyondan çox sərnişin daşıyıb
Bu ilin sentyabr ayında "Bakı Metropoliteni" QSC-dən 18 milyon 343 min 214 sərnişin və yaxud hər gün orta hesabla 611 min 440 sərnişin istifadə edib.
1news.az quruma istinadən xəbər verir ki, ən çox sərnişin sentyabrın 19-da (768 min 655), ən az sərnişin isə sentyabrın 3-də (355 min 508) daşınıb.
Aylıq daşıma koronavirus (“COVID-19”) pandemiyası elan edilənə qədərki - 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5,6 % az, 2022-ci ilin eyni ayına nisbətən isə 0,1 % çoxdur.
2023-cü ilin 9 ayında isə Bakı metrosu 156 milyon 790 min 534 sərnişin daşıyıb. Bu isə 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 7,6 % az və 6,9 % çoxdur.
569