Bakıda daha bir yerdə yol hərəkətinin təhlükəsizlik səviyyəsi artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir yerdə yol hərəkətinin təhlükəsizlik səviyyəsi artırılıb

Qafar Ağayev15:14 - 06 / 10 / 2023
Bakıda daha bir yerdə yol hərəkətinin təhlükəsizlik səviyyəsi artırılıb

Bakının Sabunçu rayonunda Abşeron küçəsi ilə Musa Nağıyev küçəsinin kəsişməsində nizamlanan yolayrıcı təşkil edilərək yol hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, görülən işlər çərçivəsində ərazidə işıqfor quraşdırılmaqla hərəkət növbəliliyi təmin edilib, piyada və nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsi artırılıb.

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər