Səhiyyə Nazirliyində Dünya Tibb Təhsili Federasiyasının prezidenti ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyində Dünya Tibb Təhsili Federasiyasının prezidenti ilə görüş keçirilib

Qafar Ağayev16:50 - 06 / 10 / 2023
Səhiyyə Nazirliyində Dünya Tibb Təhsili Federasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Dünya Tibb Təhsili Federasiyasının (World Federation of Medical Education, WFME) prezidenti Rikardo Leon-Borkeslə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də iştirak edib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev WFME-nin missiyasının beynəlxalq müstəvidə ali elmi və etik standartların tətbiqi yolu ilə tibbi təhsilin keyfiyyətinin artırılması istiqamədində fəaliyyətini yüksək qiymətləndirib.

Nazir çıxışında qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsinin və tibb elminin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Teymur Musayev Azərbaycan Tibb Universiteti ilə (ATU) Dünya Tibb Təhsili Federasiyası arasında uğurlu əməkdaşlığın davam etdiyini də diqqətə çatdırıb.

Nazir ötən il ATU beynəlxalq akkreditasiyadan keçməklə, yüksək status əldə etdiyini və Dünya Tibb Təhsili Federasiyasının keyfiyyət nişanının qazandığını vurğulayıb.

Onun sözlərinə görə, bu standartlar ATU diplomunun beynəlxalq tanınma coğrafiyasının genişləndirilməsində mühüm addımdır: “Eyni zamanda, bu standartlar Azərbaycan Tibb Universitetinin beynəlxalq tibbi təhsil məkanına daxil olmasına və yüksək səviyyəli mütəxəssislər hazırlamasına imkan yaradır”.

Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğuladı.

Səmimi qəbula görə minnətdarlığını bildirən WFME prezidenti Azərbaycanda səhiyyə və tibb elminin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Federasiyasının Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Tibb Assosiasiyası, UNESCO və BMT-nin müvafiq qurumları ilə qarşılıqlı əlaqədə olduğunu qeyd edən Rikardo Leon-Borkes WFME-nin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüş zamanı Azərbaycan Səhiyyə Nazirliyi ilə Dünya Tibb Təhsili Federasiyası arasında əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.

Paylaş:
274

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər