Masallıdakı yanğında xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıdakı yanğında xəsarət alanlar var

Qafar Ağayev17:02 - 06 / 10 / 2023
Masallıdakı yanğında xəsarət alanlar var

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər