“Qeyri-rəsmi” iPhone aldıqda rastlaşa biləcəyiniz 2 çətin situasiya | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qeyri-rəsmi” iPhone aldıqda rastlaşa biləcəyiniz 2 çətin situasiya

10:45 - 06 / 10 / 2023
“Qeyri-rəsmi” iPhone aldıqda rastlaşa biləcəyiniz 2 çətin situasiya

iPhone – publikanın sevimlisidir.

Onu millionlarla insan istifadə edir, onun loqotipi isə məşhur serial və filmlərdə tez-tez gözümüzə dəyir.

Təəccüblü deyil ki, məşhur smartfonu əldə etmək istədikdə bir çoxları diqqətsizliyə yol verir. Axı, hətta yeni orijinal iPhone, hazır olmadığınız sürprizlər təqdim edə bilər.

“Qeyri-rəsmi” iPhone nədir və onun hiyləsi nədədir?

Bu, qeyri-qanuni olaraq satış məqsədi ilə Azərbaycana gətirilən orijinal Apple smartfonudur. Məsələn, Çin, Yaponiya, BƏƏ, ABŞ və ya AB ölkələrindən. “qeyri-rəsmi” satıcılar “iPhone”ları guya şəxsi istifadə üçün alır və sərhədimizi keçərkən heç bir sənəd doldurmur və vergi ödəmir. Bütün bunlar onlara müştərilər üçün qiyməti aşağı salmağa imkan verir. Ancaq nəyin bahasına? Risklər çoxdur və hamısı müştərilərin çiyinlərinə düşür.

· Satıcının minimal öhdəliyi. Normal vəziyyətdə, cihazınızla bağlı probleminiz yarandıqda mağazaya gedirsiniz. Xidmət mərkəzi ilə bağlı problemləri həll etmək onun vəzifəsidir. Sonda isə sizə mümkün variantlar barədə məlumat verilməlidir: iPhone təmiri, dəyişdirilməsi və ya pulun geri qaytarılması.

Lakin “qeyri-rəsmi” satıcılarla hər şey bu qədər asan deyil. Məsələn, mağaza öz hüquqi şəxsini dəyişə bilər və o zaman özünüz öz probleminizi həll etməli olacaqsınız. Və ya satıcının servis mərkəzi problemi boynuna almaqdan imtina edəcək və nasazlığın alıcının günahı olduğunu deyəcək (hərçənd ki bu belə deyil).

· Məhdud zəmanət. Bu o deməkdir ki, servis mərkəzi qanuni olaraq “qeyri-rəsmi” iPhone-a xidmət etməkdən imtina edə bilər. Apple öz saytında xəbərdarlıq edir:

«Apple Məhsulunuzu satın aldığınız ölkədən başqa ölkədə xidmət seçimləriniz məhdud ola bilər. Əgər Apple Məhsulu üçün xidmət bu ölkədə mövcud deyilsə, Apple xidmət göstərməzdən əvvəl tətbiq oluna biləcək hər hansı əlavə göndərmə və daşınma xərcləri barədə sizə məlumat verəcəkdir.».
· iPhone cihazında fərqlər. Bunlar 5G, dəstəklənən LTE diapazonları və digər modulların fəaliyyəti ilə əlaqəli ola bilər.

· Funksional məhdudiyyətlər: operator kilidi, eSim-in və ya əksinə, SİM kart üçün fiziki slotun olmaması.
Yenisi kimi təqdim olunan saxta və ya bərpa olunmuş iPhone-a rast gəlmək riski. Satıcı sərhəddən telefonu keçirərək qanunu pozmuşdur. Bir daha aldatmayacağına zəmanət varmı? Belə hallar da olur ki, dələduzlar saxta telefon olan qutunun üzərinə başqa - aktivləşdirilməmiş və orijinal iPhone haqda məlumat yapışdırırlar. Nəticədə seriya nömrəsi və IMEI Apple saytında əks olunsa da qutuda tamam başqa telefon olur.

İnsanların “qeyri-rəsmi” iPhone alıb peşman olduqları 2 hekayə

Real insanların rəyləri Apple şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı olan iSpace tərəfindən paylaşılıb.

Situasiya №1: bezdirici

“Mənim eSim-i dəstəkləməyən bir Çin iPhone 12 modelim var idi. Görünüşü "Avropa" ilə eyni idi, yeganə fərq fiziki SİM kartlar üçün ikili slot idi. Diqqətlə baxsanız, bunların slotunda yay var və kartlar hər iki tərəfdən daxil edilə bilir. Həmin iPhone orijinal idi, o, Apple saytında qeydiyatda idi - hər şey qaydası üzrə.

Satıcı yerində mənə izah etsəydi ki, "Çin"dəki eSim nəinki öz vətənlərində, ümumiyyətlə başqa yerdə işləmir, mən bu iPhone-u almazdım. Çünki iş üçün daim əlaqə saxlamalıyam. Və mən işgüzar səfərlərə və ya tətillərə gedəndə eSim almaq üçün adətən proqramda yerli kartla qeydiyyatdan keçirəm. Adi bir iPhone 8 virtual SİM kartı dəstəkləyir, siz onları dəyişə bilərsiniz. Amma mən cəmi ikisi var və onlar dəyişdirilməli olan fiziki kartlardır.

Bəlkə də kimin üçünsə bu bir problem deyil, lakin mənim üçün belədir. Sonunda kağız kliplərindən və operator köşkləri axtarmaqdan təngə gəldim və yeni iPhone aldım".

Məlumat: eSim dəstəyi iPhone XS-dən başlayaraq bütün Apple smartfonlarında mövcuddur. İstisna kontinental Çin üçün istehsal edilən iPhone-lar, həmçinin Honq-Konq və Makao üçün bəzi modellərdir. eSim-ə qoyulan qadağa Çin hakimiyyətinin tələbi ilə bağlıdır. Texnologiyanı hətta başqa ölkələrdə də açmaq mümkün deyil. Bunun əksi də var: iPhone 14 və iPhone 15 xətləri yalnız eSim-i dəstəkləyir. Onlarda ümumiyyətlə fiziki SİM kartlar üçün slot yoxdur.

Hekayə №2: çürük

“İlk iPhone-umu ikinci əldən almışam. O vaxtlar bunun necə işləməli olduğunu bilmirdim, ona görə də hər şeyin qaydasında olduğunu düşünürdüm. Bir müddət sonra akkumulyatoru dəyişmək üçün servis mərkəzinə müraciət etdim. Elə onda da bəlli oldu ki, mənim "iPhone"-um bərpa edilmişdir. Özü də hardasa çində, qeyri rəsmi: usta onun içərisindəki hissələrin üzərində xeyli ieroqliflər yazılmış əyri yapışqanların olduğunu göstərdi. Bəzi hissələr ümumiyyətlə orijinal deyildi.»

Məlumat: rəsmi olaraq bərpa olunan "iPhone"-larda bir qəbahət yoxdur. Onlar açıq şəkildə Apple saytında satılırlar, lakin onların Azərbaycana çatdırılması yoxdur. Məsələ ondadır ki, onların adı altında zirzəmilərdə bərpa olunan qeyri orijinal hissəli iPhone-lar satılır. Ya da ümumiyyətlə saxta olanlar. Əyər siz Apple aləmində ekspert deyilsinizsə, servisi ziyarət edənə qədər surroqat əldə etdiyinizin fərqində olmaya bilərsiniz. Daha bir tez-tez rast gəlinən situasiya – yeni iPhone adı ilə bərpa olunmuş. Hər bir halda alıcı aldadılmış olur: siz bir şeyə görə ödəyib başqa şey alırsınız.

“Qeyri-rəsmi” iPhone-u necə ayırd etmək olar?

Apple texnikasını rəsmi resellerlərdən əldə etdikdə bununla məşğul olmağa məcbur qalmayacaqsınız. Çünki onlar yalnız “ağ” iPhone-lar satır. Belə iPhone-ların qutusunun üzərində ölkəmizə import edən tədarükçü barədə azərbaycan dilində məlumat olan stiker var.

Əgər siz yoxlanmamış satıcılardan və ya ikinci əldən iPhone alırsınızsa etiketləməyə diqqət yetirin. “CE” işarəsi Avrotestin sertifikatlaşmasını və cihazın Avropa standartlarına uyğun olduğunu göstərir. “EAC” isə cihazın Gömrük ittifaqına daxil olan dövlətlərdə: Ermənistan, Belarus, Qazaxstan, Qırğızıstan və Rusiyada satışı üçün sertifikatlaşdırılmış olduğunu. “CCC” isə Çin sertifikatlaşdırılmasının göstəricisidir.

Sizin iPhone-un hansı region üçün istehsal olunduğunu modelin nömrəsindən öyrənmək olar. Apple saytında açıqlaması var.

Başqa bir yol, seriya nömrəsini Apple-ın Azərbaycandakı rəsmi tərəfdaşı olan iSpace saytından əldə etməkdir.

iPhone aldıqda necə səhvə yol verməyək?

Problemlərdən qaçmağın ən sadə yolu – iPhone-u ancaq rəsmi resellerlərdən əldə etməkdir. O zaman siz yerli bazar üçün orijinal və sertifikatlaşdırılmış, heç bir problem olmadan zəmanətlə xidmət olunacaq telefon aldığınızdan əmin olacaqsınız.

Apple-ın Azərbaycanda rəsmi partnyoru – iSpace şəbəkəsidir. Brend mağazalarında bütün aktual iPhone-lar açıq masada təqdim olunmuşdur: özünüz onlarla yaxından tanış ola bilərsiniz. Məsələn: hansı ölçünün əlinizə daha çox yatdığını müqaisə edə, kameranı və funksiyaları test edə bilərsiniz. Məsləhətçilər isə sizə seçim etməyə kömək edəcəklər.

iSpace-in daha bir üstünlüyü – rahat ödəniş variantlarıdır. Siz iPhone-u taksitlə, hissəli ödənişlə, eləcə də Trade-in ilə ala bilərsiniz. Bu sistem sizə yeni iPhone-u köhnə smartfonunuzun dəyərini çıxmaqla əldə etmək imkanı verir.

iSpace mağazalarımıza gəlin və ya onlayn iSpace.az saytından ölkənin istənilən nöqtəsinə çatdırılma ilə əldə edin.

Ünvanlar: Park Bulvar, 1-ci mərtəbə; Port Baku Mall, 1-ci mərtəbə; Deniz Mall, 1-ci mərtəbə; 28 Mall, 1-ci mərtəbə

Reklam hüququnda

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər