Ağstafada itkin düşən azyaşlı tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada itkin düşən azyaşlı tapılıb

10:40 - 07 / 10 / 2023
Ağstafada itkin düşən azyaşlı tapılıb

Ağstafa rayonunda itkin düşən azyaşlı tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-sı axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb. Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər