Nazir müavini: “Azərbaycanda III “Korkut Ata” film festivalının keçirilməsi önəmli mədəniyyət hadisəsidir” | 1news.az | Xəbərlər
Mədəniyyət

Nazir müavini: “Azərbaycanda III “Korkut Ata” film festivalının keçirilməsi önəmli mədəniyyət hadisəsidir”

Qafar Ağayev19:57 - 08 / 10 / 2023
Nazir müavini: “Azərbaycanda III “Korkut Ata” film festivalının keçirilməsi önəmli mədəniyyət hadisəsidir”

“Azərbaycanda III “Korkut Ata” film festivalının keçirilməsi önəmli mədəniyyət hadisəsidir”

1news.az xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov III “Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2023-cü ildə həm Azərbaycanın qədim şəhəri olan Şuşa şəhəri Türk Dünyası Mədəniyyət Paytaxtı elan olunub, həm də 2023 il “Heydər Əliyev ili” elan olunub. III “Korkut Ata” Türk Dünyası Film Festivalının məhz bu ildə keçirilməsi çox önəmlidir.

“Bu gün türk dövlətləri arasında çoxçeşidli əməkdaşlıq mövcuddur:

“Təbii ki, bu əməkdaşlıq kino sahəsində də xüsusilə davam etdirilir və türk dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək”.

F.Cəfərov vurğulayıb ki, festival çərçivəsində Nizami Kino Mərkəzində 36 film nümayiş etdiriləcək: “Əminəm ki, xalqımız nümayiş olunan filmləri izləyəcək və paytaxtımızda kino bayramı abu-havası yaşanacaq”.

Qeyd edək ki, bu gün Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalının rəsmi açılış mərasimi keçirilir. Heydər Əliyev Mərkəzində keçirilən festivalda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.

Paylaş:
451

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər