Sahibə Qafarova Rumıniyaya gedib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Rumıniyaya gedib - FOTO

Qafar Ağayev17:49 - 09 / 10 / 2023
Sahibə Qafarova Rumıniyaya gedib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gedib.

Parlamentdən 1news.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri – parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildirlər.

Buxarestin “Henri Koanda” Beynəlxalq Hava limanında nümayəndə heyətini Rumıniya Parlamenti Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suşu, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər