M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni baş həkim təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni baş həkim təyin olunub

Qafar Ağayev09:56 - 09 / 10 / 2023
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni baş həkim təyin olunub

Həkim Elgün Səmədov M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub.

1news.az-ın məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Yeni baş həkim artıq səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Bundan əvvəl müxtəlif dövlət və özəl tibb müəssisələrində işləyib.

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər