Bu il ADY ilə 5 milyona yaxın sərnişin daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il ADY ilə 5 milyona yaxın sərnişin daşınıb

Qafar Ağayev14:14 - 10 / 10 / 2023
Bu il ADY ilə 5 milyona yaxın sərnişin daşınıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dəmir Yollarına məxsus qatarlarla 4 milyon 915 min 493 sərnişin daşınıb.

Bu barədə 1news.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.

Məlumata görə, cari ilin sentyabr ayında 631 min 204 sərnişin qatarlarla səyahət edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% çoxdur.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər