Bakıda və Sumqayıtda havada dəm qazının miqdarı normadan bu qədər yüksəkdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Sumqayıtda havada dəm qazının miqdarı normadan bu qədər yüksəkdir

Qafar Ağayev17:22 - 10 / 10 / 2023
Bakıda və Sumqayıtda havada dəm qazının miqdarı normadan bu qədər yüksəkdir

Gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib.

1news.az xəbər verir ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1.3, Sumqayıt şəhərində isə azot-4 oksid 1.1 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər