Binəqədi və Suraxanıda qaz müvəqqəti kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi və Suraxanıda qaz müvəqqəti kəsiləcək

Qafar Ağayev09:29 - 10 / 10 / 2023
Binəqədi və Suraxanıda qaz müvəqqəti kəsiləcək

Bu gün Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu barədə 1news.az-a "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər