Heydər Məmmədov: “Prokurorluq orqanlarına qəbulla bağlı 24 müsabiqə keçirilib”
“2002-ci ildən etibarən prokurorluq orqanlarına qəbulla bağlı tam aşkarlıq şəraitində keçən 24 müsabiqə keçirilib”.
1news.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov deyib.
H.Məmmədov bildirib ki, bu müddət ərzində müsabiqələrdə uğur qazanmış 1151 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib, onlar hazırda prokurorluq işçilərinin 88,3% faizini təşkil edir: “Bundan əlavə prokurorluq orqanlarında son üç ildə müasir məzmunlu islahatlar davam edir və prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir.
Həm Qanunçuluq-Hüquq qaydasının möhkəmləndirilməsi, həm də Prosesual nəzarətin keyfiyyətinin daim təkmilləşdirilməsi, eyni zamanda İnnovativ Yeniliklər, Normativ-hüquqi bazanın sistemləşdirilməsi, kadrların komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə reformlar gedir”.