Ceyhun Bayramovla Toivo Klaar arasında görüş keçirildi - Sülh gündəliyi müzakirə olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramovla Toivo Klaar arasında görüş keçirildi - Sülh gündəliyi müzakirə olundu - FOTO

Qafar Ağayev15:17 - 11 / 10 / 2023
Ceyhun Bayramovla Toivo Klaar arasında görüş keçirildi - Sülh gündəliyi müzakirə olundu - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan Ermənistan arasında sülh sazişi layihəsinin perspektivləri, iki ölkə arasında normallaşma məsələləri, bölgədəki son vəziyyət, Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin sülh gündəliyi üzrə Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən görüşlərin müsbət nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vurğulayıb.

Bu xüsusda, Ermənistan tərəfindən revanşizmə gətirə biləcək açıqlama və bəyanatların verilməsindən, ölkəmizə qarşı aparılan qondarma qarayaxma kampaniyasından çəkinməyin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib.

Həmçinin, erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı diqqətə çatdırılaraq BMT rəsmilərinin bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların bunun bariz nümunəsi olduğu qeyd olunub.

Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Paylaş:
245

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər