Azərbaycanın dövlət büdcəsində kəsrin həcmi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın dövlət büdcəsində kəsrin həcmi açıqlanıb

Qafar Ağayev17:08 - 11 / 10 / 2023
Azərbaycanın dövlət büdcəsində kəsrin həcmi açıqlanıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,4% azalaraq, 22 milyard 77 milyon manat təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 9 ayında büdcənin xərcləri isə 13,4% artaraq, 23 milyard 214,5 milyon manata yüksəlib.

Nəticədə büdcədə kəsir 1 milyard 137,5 milyon manata yüksəlib.

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər