Azərbaycanda sərnişindaşıma artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda sərnişindaşıma artıb

Qafar Ağayev17:30 - 11 / 10 / 2023
Azərbaycanda sərnişindaşıma artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,9 % və 17,1 % çox olub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 166,9 milyon ton yük daşıyıb. Yüklərin 4,2 %-i dəniz, 8,2 %-i dəmir yolu, 0,1 %-i hava, 56,7 %-i avtomobil nəqliyyatı, 30,8 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 % təşkil edib.

9 ayda nəqliyyatçılar 1 milyard 364 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88 %-i avtomobil nəqliyyatı, 11,5 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər