Laçındakı torpaq məcralı kanallar beton üzlüyə alınır
Suvarma suyunun itkisiz olaraq əkin sahələrinə çatdırılması üçün Laçın rayonundakı torpaq məcralı kanallar beton üzlüyə alınır.
1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC məlumat yayıb.
Bildirilir ki, hazırda bu işlər rayonun Fingə kəndində həyata keçirilir. Fermerlər artıq taxılın suvarılmasını apararaq biçinini həyata keçiriblər. İndi isə payızlıq taxıl əkilib ki, hazırda həmin sahələrin suvarılması davam edir.
Suyun maneəsiz axınını təmin etmək üçün kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır. Bundan başqa kollektor-drenaj şəbəkələri də hazırda lildən təmizlənir və torpaqların şoranlaşmasının qarşısı alınır.
Xatırladaq ki, Laçın rayonunun ümumi ərazisi 32 000 hektara yaxındır. Bunun 18 510 hektarı suvarmaya yararlı sahələrdir. Onun da 12 600 hektarı kənd təsərrüfatı məqsədi ilə istifadə olunur.