Hacıqabulda yataqxana binasında yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda yataqxana binasında yanğın baş verib

Qafar Ağayev09:27 - 12 / 10 / 2023
Hacıqabulda yataqxana binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər