Bakıda 35 yaşlı kişi qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 35 yaşlı kişi qətlə yetirilib

13:54 - 13 / 10 / 2023
Bakıda 35 yaşlı kişi qətlə yetirilib

Oktyabrın 13-də saat 12:30 radələrində Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cı il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər