Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş olub - FOTO

10:36 - 13 / 10 / 2023
Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş olub - FOTO

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş təşkil edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, tədbir rayonun Qəçrəş kənd tam orta məktəbində keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, şöbə rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov, eləcə də məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

Nazirlik sistemində təhsilə təşviq edilmə, polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi mövzusunda məktəblilərlə söhbətlər aparılıb.

Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.

Mehman Əliyev ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər