Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər saxlanılıb

09:04 - 16 / 10 / 2023
Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb. Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər