Azərbaycan və Türkiyə orduları azad olunan ərazilərdə birgə taktiki təlim keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə orduları azad olunan ərazilərdə birgə taktiki təlim keçirəcək

14:49 - 17 / 10 / 2023
Azərbaycan və Türkiyə orduları azad olunan ərazilərdə birgə taktiki təlim keçirəcək

Oktyabrın 23-də Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

Təlimlər Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.

Birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Azərbaycana gəlib.

Təlimlər oktyabrın 25-də başa çatacaq.

Paylaş:
237

Son xəbərlər

Bütün xəbərlər