Zərərçəkmiş: “Vaqif Xaçatryan azərbaycanlıları kökünü kəsməklə hədələyirdi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərərçəkmiş: “Vaqif Xaçatryan azərbaycanlıları kökünü kəsməklə hədələyirdi”

16:21 - 17 / 10 / 2023
Zərərçəkmiş: “Vaqif Xaçatryan azərbaycanlıları kökünü kəsməklə hədələyirdi”

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş Məhəmməd Kazımov ifadə verib.

1news.az "Report"a istinadən xəbər verir ki, o, ifadəsində təqsirləndirilən şəxsi 1988-ci ildən tanıdığını bildirib.

M.Kazımov deyib ki, Xaçatryan milliyyətçi olması və türklərə nifrət etməsi ilə tanınıb: "Zakir Novruzov adında dostumla birlikdə sənədlərimi Xankəndi şəhərində yerləşən sürücülük məktəbinə verməyə getmişdim. Xankəndi Şəhər Yol Polisi İdarəsində keçirilən imtahanın birinci mərhələsini bitirib ikinci mərhələdə iştirak etmək üçün sürücülük məktəbinə gedərkən "Qaron" adlı restoranın qarşısında 20 nəfərə yaxın erməni ilə mübahisə etdiyimizə görə Xankəndi Şəhər Polis İdarəsinə aparıldıq. Xankəndi avtobazasında sürücü işləmiş Xaçatryan tanımadığım 5 nəfər mülki geyimli şəxslə otağa daxil olub bizi döyməyə başladılar. Vaqif bizi döyən zaman "siz azərbaycanlıların kökünü kəsmək lazımdır" ifadəsini tez tez işlədirdi".

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər