Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA

16:34 - 17 / 10 / 2023
Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA

Oktyabrın 17-si saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Sabirabad, Cəfərxan, Biləsuvarda arabir yağış yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti arabir Naftalanda 28 m/s, Altıağac, Ağstafada 22 m/s, Şabran, Bərdə, Gəncədə 20 m/s, Tərtər, Ceyrançöldə 18 m/s, Yevlaxda 17 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 30-34 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək isti, Naxçıvan MR-da 21 dərəcəyədək isti, Aran rayonlarında 25 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə isti olub.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər