Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib, qardaşı oğlu saxlanılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib, qardaşı oğlu saxlanılıb - YENİLƏNİB

17:29 - 17 / 10 / 2023
Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib, qardaşı oğlu saxlanılıb - YENİLƏNİB

Oktyabrın 17-də 1971-ci il təvəllüdlü Arif Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Xətai Rayon Prokurorluğundan məlumat daxil olub.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

16:41

Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, hadisə oktyabrın 17-si saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər