Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək

15:27 - 19 / 10 / 2023
Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək

Ağdamda kəndlərdə və yaşayış məntəqələrində artıq torpaq işlərinə başlanılıb. Bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək. Digər kəndlər isə layihələndirmə prosesindədir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində deyib.

Bəşir Hacıyev qeyd edib ki, Ağdamda dəmir yolu və avtovağzal kompleksinin 2024-cü ilin sonunadək yekunlaşması nəzərdə tutulub. Uzunluğu 44 kilometr olan Bərdə-Ağdam yolu isə artıq yekunlaşmaq üzrədir.

Paylaş:
218

Son xəbərlər

Bütün xəbərlər