Sumqayıtda ərin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ərin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanıb

Qafar Ağayev15:34 - 19 / 10 / 2023
Sumqayıtda ərin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanıb

Oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan 1news.az-a verilən xəbərə görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər