Qanunsuz erməni silahlı birləşmələrinin hava nəqliyyatına yaratdıqları radiomaneələr DTX-də ciddi araşdırılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz erməni silahlı birləşmələrinin hava nəqliyyatına yaratdıqları radiomaneələr DTX-də ciddi araşdırılır - VİDEO

Qafar Ağayev09:14 - 19 / 10 / 2023
Qanunsuz erməni silahlı birləşmələrinin hava nəqliyyatına yaratdıqları radiomaneələr DTX-də ciddi araşdırılır - VİDEO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilmiş və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib.

Bu barədə 1news.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

2021-2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində naviqasiya siqnallarının itməsi ilə müşayiət olunmuş və bununla da mülki təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qəzalarına səbəb ola biləcək çoxsaylı cinayət faktları qeydə alınıb.

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işinin istintaqı zamanı, lokal xarakterli antiterror tədbirləri nəticəsində tərksilah edilmiş sözügedən silahlı birləşmələrin sərəncamında olmuş digər xüsusi texniki vasitələrlə yanaşı, xaricdə istehsal olunan “Роlе-21M”, həmçinin yük avtomobillərinin bazası üzərində qurulan “Repellent-1” tipli və kustar üsulla quraşdırılmış radioelektron mübarizə kompleksləri də aşkar edilib.

Taktiki-texniki göstəricilərinə əsasən, “Pole-21M” kompleksinin 150 km-dək məsafədə yerləşən obyektlərə “GPS”, “QLONASS”, “Galileo”, “BeiDou” və sair tipli peyk naviqasiyası sistemlərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması üçün istifadə edildiyi müəyyən olunub.

“Repellent-1” kompleksindən havada olan obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fəzada yerinin, istiqamətinin, sürətinin təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə radiomaneə yaradılması, eləcə də kustar üsulla quraşdırılmış radioelektron mübarizə komplekslərindən obyektlərə “GPS” və “QLONASS” naviqasiya peyklərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması istiqamətində istifadə olunduğu təsbit edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Paylaş:
350

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər