Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

Qafar Ağayev10:45 - 19 / 10 / 2023
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.

1news.az xəbər verir ki, bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.
Keçirilən kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.

Paylaş:
315

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03

Qızıl bahalaşdı

25 / 07 / 2026, 16:21
Bütün xəbərlər